Son zamanlar ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar daha sərt xarakter daşımağa başlayıb. ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə görə, ABŞ-ın sanksiyaları İranın neftin satışından gələn hazırda illik 50 milyard dollar həcmində olan gəlirlərini 10 milyard dollara qədər azaltmağa imkan verir. Eyni zamanda İran əleyhinə beynəlxalq şəraitin pisləşməsi onun qonşu regionlarla əlaqələrinə daha çox neqativ təsir göstərir. Buna baxmayaraq, Azərbaycan, Rusiya, Qazaxıstan kimi ölkələr İranla normal qonşuluq münasibətlərini qoruyub saxlamağa çalışır və onunla birgə layihələrin inkişaf imkanlarını götür-qoy edir.
Belə bir şəraitdə İran ətrafında vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı aprelin 26-da saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Azərbaycanın və Xəzər beşliyinin xarici siyasətində İran" mövzusunda keçiriləcək dəyirmi masada söhbət açılacaq. Dəyirmi Masada iştirak edəcəklər:
Gülnarə İnanc, "Etnoqlobus" Beynəlxalq Onlayn Analitik Mərkəzinin direktoru,
Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor,
Sübhan Talıblı, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı,
Əli İsgəndərov, "Vektor" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təşkilat komitəsinin sədri,
Tofiq Abbasov, ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi,
Məsiağa Məhəmmədi, fəlsəfə elmləri doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin əməkdaşı.
Əlaqə üçün:
Telefonlar: (012) 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, Beynəlxalq Mətbuat Mərkəzinin binasının 4-cü mərtəbəsi.