Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən sensasion açıqlama: "Orduya çağırışdan imtina ediləcək"

© Sputnik / Mikhail KlimentyevПрезидент РФ Владимир Путин во время инспекции действий вооружённых сил Союзного государства России и Белоруссии, фото из архива
Президент РФ Владимир Путин во время инспекции действий вооружённых сил Союзного государства России и Белоруссии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Çağırış tədricən keçmişdə qalacaq və bunun üçün zaman və müvafiq maliyyələşmə lazımdır"

BAKI, 12 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Enerqomaş" elmi-istehsalat birliyinin əməkdaşları ilə görüşdə orduya çağırışdan imtina perspektivlərini dəyərləndirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Çağırış tədricən keçmişdə qalacaq. Düzdür, bunun üçün zaman və müvafiq maliyyələşmə lazımdır" - deyə Putin vurğulayıb.

Rusiya prezidenti izah edib ki, hərbi texnika və qoşunlar qarşısında duran hədəflər günü-gündən mürəkkəbləşir: "Bu proses professional ordu tələb edir".

Putin qeyd edib ki, bəzi ölkələr tamamilə orduya çağırışdan imtina etmir: "Çünki, hərbçilər qarşısında həmişə dərin ixtisaslaşmalar tələb etməyən məsələlər qalır. Lakin belə bir tendensiya var. Biz bundan sonra da bu tendensiya ilə hərəkət edəcəyik".

Xəbər lenti
0