Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya hərbçiləri arasında görüş olub

© AR Ministry of DefenseAzərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü
Azərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü  - Sputnik Azərbaycan
Abunə olmaq
Büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərinin və mütəxəssislərin çıxışları olub

BAKI, 12 aprel — Sputnik. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda "Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi" mövzusunda işçi görüşü keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərinin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Xəbər lenti
0