BAKI, 3 aprel - Sputnik. Rusiyada terrora cəhddə təqsirləndirilən azərbaycanlıya hökm oxunub.
ONA-nın verdiyi məlumata görə, Mərkəzi Uralda terror törətmək istəyən bu şəxs 15 il azadlıqdan məhrum edilib. Rusiya vətəndaşı olan həmin şəxsin Yaxın Şərqdə hazırlıq keçdiyi bildirilir.
İstintaq materiallarına əsasən, 2017-ci ilin qışında Azərbaycan əsilli şəxs gizli şəkildə Suriyaya daxil olub və öz təşəbbüsü ilə “Cəhat ən-Nüsra” terror təşkilatına qoşulub. Təlim düşərgəsində döyüş və diversiya hazırlığı keçib.
Rusiyaya qayıtdıqdan sonra Uralda terror törətməyə hazırlaşsa da, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ifşa edilib.