QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

BMT Baş katibi Dağlıq Qarabağla bağlı bəyanat verdi

© AFP 2024 / FABRICE COFFRINIГенеральный секретарь Организации Объединенных Наций (ООН) Антонио Гутерриш выступает с речью на ежегодной встрече Всемирного экономического форума (ВЭФ)
Генеральный секретарь Организации Объединенных Наций (ООН) Антонио Гутерриш выступает с речью на ежегодной встрече Всемирного экономического форума (ВЭФ) - Sputnik Azərbaycan
Abunə olmaq
Baş katib İlham Əliyev və Nikol Paşinyan arasında Vyanada baş tutan ilk görüşü alqışlayıb

BAKI, 30 mart — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan
RUSİYA
Rusiya XİN Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsinə reaksiya verdi

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BMT baş katibinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilib.

Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayıb. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması,eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayıb.

Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərini vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir.

Xəbər lenti
0