BAKI, 29 mart — Sputnik. Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, görüş "Bristol" hotelində keçirilir.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir. Görüşün, təxminən, 2 saat davam edəcəyi gözlənilir.