BAKI, 29 mart - Sputnik. Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilib.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün "twitter" səhifəsində yazıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin çəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak ediblər.
Görüş Azərbaycan və Ermənistan rəhbərlərinin martın 29-da Vyanada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bu, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq.