BAKI, 23 mart – Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.
Məlumata əsasən, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədi, o cümlədən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Nazir şəxsi köməkçini operativ vəziyyət və hadisələrin mümkün inkişafı barədə məlumatlandırıb. Kaspişik isə öz növbəsində nazirə danışıqlar prosesinin gündəliyində olanlar barədə məlumat verib.