BAKI, 22 mart – Sputnik. Rusiya hökuməti ABŞ prezidenti Donald Trampın “Qolan təpələri” adlanan yerlə bağlı tvitinə sərt reaksiya verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, “Qolan təpələri”nin statusunun dəyişdirilməsinə səy göstərmək Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsinin pozulması deməkdir.
M.Zaxarova bu ərazinin Suriyaya aid olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət öncə Twitter hesabından "52 ildən sonra ABŞ üçün İsrailin “Qolan təpələri” üzərində suverenliyini tanımağın zamanı gəldi" – deyə tvit paylaşmışdı.
Xatırladaq ki, İsrail 1967-ci ildən Suriyaya məxsus bu ərazini işğal edib.