BAKI, 20 mart - Sputnik. ABŞ HHQ-nin strateji bombardmançısı Rusiyanın Kakininqrad vilayətinin sərhədlərinə yaxınlaşıb. Bu barədə Plane Radar monitorinq resursu məlumat yayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görı, Bakı vaxtı ilə 14:45-də rəsmi nömrəsi 60-0024 olan Boeing B-52H Stratofortress təyyarəsi Fairford hərbi bazasından havaya qalxıb. 16:20-də o Rusiyanın Baltika donanmasının bazasına hücumu məşq edib.
Uçuş 8 min metr hündürlükdə həyata keçirilib.
Boeing B-52H Stratofortress 1955-ci ildən ABŞ HHQ-nin silahlanmasında olan strateji bombardmançıdır. Təyyarə müxtəlif növ, o cümlədən nüvə silahını daşıya bilir.