QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya Məmmədyarov–Mnatsakanyan görüşünü təşkil etməyə hazırdır

© © AR Ministry of Foreign AffairsElmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilmiş görüş
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilmiş görüş - Sputnik Azərbaycan
Abunə olmaq
"Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir"

BAKI, 15 mart — Sputnik. Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü üçün meydança təqdim etməyə hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçün meydançanın təqdim olunması imkanı barədə sualı cavablandırarkən bildirib.

"Tərəflər vasitəçilik və ya görüş yeri ilə bağlı müraciət edəndə Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir", - Zaxarova qeyd edib.

Xəbər lenti
0