Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

İstehlakçılar telefon mağazalarında necə aldadılırlar

Abunə olmaq
Son zamanlar istehlakçılara brend markalar altında saxta istehlak mallarının təqdim edilməsi halları olduqca çoxalıb. Tanınmış mütəxəssis bu cür hallara aydınlıq gətirib.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransı Azərbaycan bazarında saxta məhsulların yayılmasına, yerli istehlakçıların qorunması mexanizmlərinə və ümumiyyətlə Azərbaycan istehlak xidməti bazarının vəziyyətinə həsr edilib.

Ekspert qismində çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bazarın bütün sektorlarında saxta mallar yayılıb. Bu yaxınlarda kosmetik vasitələr satışı ilə məşğul olan mağazalarda reyd zamanı məlum olub ki, satılan məhsulların 50%-ə yaxını saxtadır. Bundan başqa, internet üzərindən satılan dərman məhsullarının çoxunun saxta olduğunu deyən Eyyub Hüseynov istehlakçıları diqqətli olmağa çağırıb.

Ən dəhşətlisi isə telefon mağazalarında baş verir. Belə ki, fabrikdən qüsurlu telefonların geri qaytarılması zamanı istehlakçılarımız bir sıra “maxinasiyalara” məruz qalırlar və son nəticə etibarilə əllərində qüsurlu məhsulla qalırlar.

Mütəxəssis onu da bildirib ki, satıcılarımız bəzən saxta mal satdıqlarını belə, gizlətmirlər.

Xəbər lenti
0