QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycan və Ermənistan liderlərinin görüşü olduqca önəmlidir"

© Sputnik / Asatur YesayantsДействующий глава ОБСЕ Мирослав Лайчак на совместной пресс-конференции с министром иностранных дел Армении Зограбом Мнацаканяном
Действующий глава ОБСЕ Мирослав Лайчак на совместной пресс-конференции с министром иностранных дел Армении Зограбом Мнацаканяном - Sputnik Azərbaycan
Abunə olmaq
"Hesab edirəm ki, əhalini sülhə hazırlamaq lazımdır

BAKI, 13 mart — Sputnik. “Son zamanlar baş tutan, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin görüşləri olduqca önəmlidir. Onların əhəmiyyətini qiymətləndirməmək lazım deyil”. 

Elmar Məmmədyarovla Miroslav Layçak arasında görüş keçirilib - Sputnik Azərbaycan
Layçak: "ATƏT səyləri dəstəkləyir"

Sputnik Ermənistan xəbər verir ki, bunu Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla birgə keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib. 

"Mən Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyimizi təsdiqləmək üçün burdayam. Bizim ATƏT-dəki sədrliyimiz insanların maraqlarının müdafiəsinə yönəlib. Biz bu regionda yaşayan insanlar üçün maksimum təhlükəsiz gələcək qurmaq istəyirik. Biz istəyirik ki, bizim sədrliyimiz regionda münaqişəli vəziyyətin həllinə yönəlsin" - deyə Layçak qeyd edib.

O, əlavə edib ki, münaqişə zonasında gərginliyin azalmasını alqışlayır: "Çağırışlar çoxdur, lakin münaqişənin nizamlanması prosesinə müsbət impulslar vermək üçün bütün əsaslar var. Hesab edirəm ki, əhalini sülhə hazırlamaq lazımdır. Bu anlamda əminəm ki, Ermənistan baş naziri və Azərbaycan prezidentinin görüşləri olduqca önəmlidir".

"Onların əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Biz anlayırıq ki, münaqişə həll olunmayıb, lakin əminik ki, mərhələli yanaşma məsələnin həlli ilə nəticələnə bilər. Danışıqlarda hər bir pozitiv proses təmas xəttində sabitliyi möhkəmləndirəcək" - deyə sədr vurğulayıb.

Xəbər lenti
0