BAKI, 12 mart — Sputnik. Rusiya polisi və Rosqvardiya Moskvanın ən böyük ərzaq bazarlarından biri "Fud Siti"də reydlər aparır. Sputnik Azərbaycan Ruisiya KİV-nə istinadən xəbər verir ki, bu bazarda, əsasən, Azərbaycandan olan şəxslər işləyir.
Məlumata əsasən, Rosqvardiya əməkdaşları səhər saatlarından etibarən bazara giriş-çıxışları bağlayıblar.
"İçəri heç kimi buraxmırlar, bazarın ərazisində polislər baxış həyata keçirir və axtarışlar aparılır", - deyə mənbə bildirib.
Qeyd edək ki, "Fud Siti" Azərbaycandan olan biznesmenlər Qod Nisanov və Zarax İliyevə məxsusdur. Məşhur Pokrov bazarının bağlanmasından sonra azərbaycanlı biznesmenlərin böyük əksəriyyəti məhz burada işləməyə başlayıb.
Xatırladaq ki, ötən gün Rusiya polisi əsasən azərbaycanlıların işlədiyi "Sadovod" bazarında reydlər işləyib.