BAKI, 10 mart — Sputnik. Rusiya Federal Dövlət Statistika Xidməti qadınların daha çox hansı sahələrdə çalışdığını müəyyən edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, zərif cincin nümayəndələrinin əksəriyyəti təhsil və tibb sahəsində çalışır. 2017-ci ilin məlumatına görə, təhsil sahəsində çalışanların 82 faizini qadınlar təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 79 faizini də qadınlar təşkil edir.
Hotel biznesi və ictimai qidalanma müəssisələri çalışanların 73 faizini, maliyyə və sığorta agentliklərində çalışanların 69 faizini qadınlar təşkil edir. Mədəniyyət, idman və istirahət müəssisələrində çalışanların isə 34 faizini kişilər, 66 faizini isə qadınlar təşkil edir. İnşaat sektoru və faydalı qazıntıların əldə edilməsi sahəsindən çalışan qadınların sayı isə çox azdır. Bu sahədə çalışanların 14 -17 faizini qadınlar təşkil edir.