Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyə birgə hərbi təlimlər keçirib

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidTürkiyə HDD döyüş gəmilərinin Novorossiysk limanına gəlişi
Türkiyə HDD döyüş gəmilərinin Novorossiysk limanına gəlişi - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki ölkədən təlimlərdə müvafiq olaraq iki gəmi iştirak edib

BAKI, 8 mart — Sputnik. Rusiyanın Qara dəniz donanması Türkiyə Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qara dəniz donanmasının informasiya təminatı üzrə şöbənin rəisi, ikinci ranqlı kapitan Aleksey Rulev deyib.

Məlumata əsasən, hər iki ölkədən təlimlərdə müvafiq olaraq iki gəmi iştirak edib. Ekipaj üzvləri Qara dəniz hövzəsində qarşılıqlı əlaqələri, həmçinin, mümkün mina təhlükəsi zamanı gəmiləri bu zonadan uzaqlaşdırmasını məşq ediblər.

Türkiyə gəmiləri 6-8 mart tarixlərində keçirilən "Mavi Vatan 2019" təlimləri çərçivəsində Novotosiysk limanında olub.

Xəbər lenti
0