Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranı ABŞ-ın həmlələrindən qoruyan "Qroza-S" Azərbaycana satılıb - İlginc iddia

© AP Photo / Massoud HossainiБеспилотник MQ-9 США
Беспилотник MQ-9 США - Sputnik Azərbaycan
Abunə olmaq
"O zaman həmin ölkənin adı açıqlanmasa da, daha sonra aydın oldu ki, söhbət Azərbaycandan gedir"

BAKI, 7 mart — Sputnik. Belarus Azərbaycana "Qroza-S" müasir radioelektron mübarizə sistemləri satıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Alesin "Belrınok" nəşrində dərc olunan "Radioelektron mübarizə vasitələri: Dron yerdə olmalıdır" adlı məqaləsində qeyd edib.

İsrailin Aeronautics Group şirkəti tərəfindən hazırlanmış Orbiter2 və Orbiter3 pilotsuz uçuş aparatları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Spekulyasiya baş tutmadı - İsrail Azərbaycanı dronsuz qoymadı

Ekspertlərin fikrincə, bu komplekslər ABŞ-a məxsus pilotsuz uçan aparatların İran tərəfindən ələ keçirilməsində yaxşı sınaqdan çıxıb. Belə ki, bu ilin fevral ayında İran İslam İnqilabı Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin rəhbəri, general Əmir Əli Hacızadə Suriya və İraq üzərində uçan bir neçə pilotsuz uçan aparatların İranın nəzarətində olduğunu və onların kəşfiyyat məlumatlarını İran tərəfinə ötürdüyünü bəyan edib.

Həmin vaxt rusiyalı ekspertlər bildiriblər ki, belə əməliyyatların həyata keçirilməsi üçün İrana texniki vasitələri digər ölkə hazırlayıb və çatdırıb. Onlardan bəziləri birbaşa olaraq bəyan edib ki, "Sentinel" pilotsuz uçan aparatına məcburi eniş etdirmək üçün Belarusa məxsus "KB Radar" ASC istehsalı olan komplekslərdən istifadə olunub. Bu kompleks nəinki efir sinqallarını doldurur, hətta yanlış koordinatlar da yarada bilir.

Məqalədə qeyd olunur ki, İran rəhbərliyi dəfələrlə xaricdən radioelektron mübarizə sistemləri vasitələrinin alınmasını təkzib edib və bəyan edib ki, ABŞ-a məxsus pilotsuz uçan aparatların endirilməsində istifadə olunan texnikları, yalnız yerli alim və mühəndislər hazırlayıb. Lakin ABŞ rəhbərliyi buna inanmayıb, "KB Radar" ASC-yə qarşı müvəqqəti sanksiyalar tətbiq edilib.

Nəşr yazır ki, "KB Radar" ASC tərəfindən yaradılan radioelektron mübarizə sistemləri bundan sonra daha effektiv olmağa başlayıb. İran tərəfindən endirilən ABŞ-ın pilotsuz uçan aparatları, məhz onların "qurbanları" ola bilər.

"Belə vasitələrdən biri "Qroza-S" radioelektron mübarizə sistemləri stansiyasıdır. "Qroza-S" 20-22 may 2017-ci il tarixlərində "MILEX-2017" Beynəlxalq silah və hərbi texnika sərgisində nümayiş olunub. "KB Radar" nümayəndələri həmin vaxt xarici ölkələrdən birinə sistemlərin tədarükünə dair müqavilə bağladıqlarını bildirmişdilər. Düzdür, həmin vaxt o ölkənin adı açıqlanmasa da, daha sonra aydın oldu ki, söhbət məhz Azərbaycandan gedir. "Qroza-S" 2017-ci ilin dekabrında Belarus ordusu tərəfindən silahlanmaya alınıb" - deyə Aleksandr Ales vurğulayıb.

Xəbər lenti
0