QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Erməni tərəfindən soruşun ki, biz xalqları nəyə hazırlayaq?"

© Sputnik / Rashad KeremogluElmar Məmmədyarovla Miroslav Layçak arasında görüş keçirilib
Elmar Məmmədyarovla Miroslav Layçak arasında görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir vurğulayıb ki, bu bəyanatlar xoşa gələn deyil və pozitiv mühiti öldürür

Sputnik Azərbaycan, Eldar Tanrıverdiyev

BAKI, 5 mart — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, bu bəyanatlar xoşa gələn deyil və pozitiv mühiti öldürür: "Paris görüşündən sonra həmsədrlər pozitiv bəyanatla çıxış etdilər. Bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır. Lakin erməni tərəfinin bəyanatları buna inanmağa imkan vermir. Bununla bağlı özümüz də təhlilər aparmalıyıq. Ona görə ATƏT sədrindən xahiş etdim ki, İrəvanda olarkən erməni tərəfindən soruşsun ki, biz xalqları sülhə yoxsa, başqa istiqamətə hazırlayaq".

Xəbər lenti
0