QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Etnik təmizlənməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar"

© Sputnik / Rashad KeremogluHərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi Üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfrans
Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi Üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: "Ermənistan hökuməti özü Suriya ermənilərinin bu ərazilərə köçürüldüyünü bəyan edir ki, bu da Ermənistanın özünün belə ratifikasiya etdiyi bır sıra beynəlxalq konvensiyaların pozulması deməkdir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Dünyadakı digər münaqişələrdən fərqli olaraq Azərbaycanın hüquqi əsasları var ki, münaqişənin həllinə iddialı olsun".

İsveçrənin Azərbaycandakı səfiri Filipp Ştalder - Sputnik Azərbaycan
SİYASƏT
İsveçrə Dağıq Qarabağ münaqişəsinin həllinə dəstək göstərməyə hazırdır

Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakı Biznes Mərkəzində Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu baxımdan etnik təmizlənməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar: "İşğal olunmuş ərazilərdə xarici ölkələrə məxsus şirkətlərin fəaliyyəti qəbulolunmazdır. Bu məsələni Cenevredə olarkən qaldırdım. Bildirdim ki, bu, münaqişənin həllinə töhfə vermir. Əksinə əngəllər yaradır".

"Biz bu xarici şirkətlərlə bağlı onların məxaus olduğu ölkələrə müraciət edəcəyik. Çünki burada məsuliyyət həmin ölkələrin üzərinə düşür. Onlar imkan verməməlidir ki, həmin şirkətlər beynəlxalq qanunları pozsun" - XİN başçısı bildirib.

"Biz ermənilərin işğal altında olan Azərbaycan torpaqlarında süni şəkildə demoqrafik fonu dəyişdiyini görürük. Məsələn, Ermənistan hökuməti özü Suriya ermənilərinin bu ərazilərə köçürüldüyünü bəyan edir ki, bu da Ermənistanın özünün belə ratifikasiya etdiyi bır sıra beynəlxalq konvensiyaların pozulması deməkdir" - deyə Məmmədyarov əlavə edib.

Xəbər lenti
0