BAKI, 28 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin ilə İsrail baş naziri Benyamin Netanyahu xarici döyüşçülərin Suriyadan çıxarılması üçün birgə müqavilə bağladıqlarını açıqlayıblar. Bu barədə Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir.
Netanyahu Moskvaya gələrək Rusiya prezidenti ilə görüşüb. Görüşdə Suriyada vətəndaş müharibəsini müzakirə edən iki lider birgə çalışmaq qərarı alıb. Alınan qərara görə, Rusiya və İsrail xarici döyüşçülərin Suriyadan çıxarılması üçün başqa ölkələrlə birlikdə bir qrup yaradacaq.
Netanyahu görüşün səmərəli keçdiyini bildirib: "Aramızdakı birbaşa əlaqə münaqişələrin və qarşıdurmaların olmamasını və bölgəmizdəki sabitliyi və təhlükəsizliyi təmin edir".
Diplomatik mənbələr Putinin İsrailin Suriyadakı əməliyyatlarına məhdudiyyət qoymadığını iddia edib.