““SputnikPro”nun çox aktual mövzuya aid master-klassları tək Azərbaycana deyil, həm də bir çox ölkələrə aiddir. Bunu Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev deyib.
“Hazırki vəziyyət və texnikanın inkişafı nəticəsində çap media yavaş-yavaş bütün dünyada öz mövqelərini itirməyə başlayıb. Təbii ki, bir çox redaksiyalar qarşısında sual yaranır ki, o öz oxucularını necə itirməsin və onları öz onlayn versiyasına cəlb etsin. Hər bir KİV və jurnalist öz oxucularını qorumağa çalışır, çünki oxucusuz qəzet qəzet deyil, adi kağız parçasıdır. Bizim məqsədimiz sizə nəyisə öyrətmək deyil, çünki siz hər biriniz öz işinizdə peşəkarsınız. Biz sizinlə öz oxucularını itirmədən, yumşaq və rahat şəkildə çap versiyadan onlayn versiyaya keçmək haqda təcrübəmizi bölüşmək istəyirik. Belə bir təcrübə var, o, bir çox redaksiyalar tərəfindən toplanıb” - deyə o bildirib.
Qeyd edək ki, Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda SputnikPro təhsil proqramının növbəti mərhələsinə start verib. Bu dəfəki proqram çərçivəsində fevralın 28-dən və martın 1-dək Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində çap KİV-nin nümayəndələri üçün silsilə master-klasslar keçiriləcək.
SputnikPro - jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri ilə öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Əziz Əliyevin fikirləriə audiofaylda qulaq asa bilərsiniz