QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zaxarova Rusiya deputatlarının Xocalı yürüşünə qatılmasına münasibət bildirdi

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya həmişə bu münaqişəni həmişə ağır faciə hesab edib və ağır faciə hesab etməyə davam edir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Rusiya Dövlət Dumasının deputatlarının Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən yürüşə qatılması bərk narahat edib. Belə ki, Ermənistan rəsmilər və erməni mediası hər fürsət düşən kimi bununla bağlı sualları rusiyalı rəsmilər ünvanlanmağa çalışırlar. Bu gün də istisna olmayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın bu gün keçirilən həftəlik brifinqində Ermənistanın "Şant" telekanalını əməkdaşı Vahe Ovannisyan bu məsələni yenidən gündəmə gətirib.

Müvafiq suala cavab verməli olan Rusiya XİN təmsilçisi qeyd edib ki, dəhşətli və qanlı Qarabağ münaqişəsi həm Azərbaycan, həm də Ermənistan tərəfdən bir çox günahsız insanlara ölüm və ağrı-acı gətirib: "Rusiya həmişə bu münaqişəni həmişə ağır faciə hesab edib və ağır faciə hesab etməyə davam edir. Bizim ölkəmiz tərəflərə bu münaqişənin dinc yolla həllinin tapılmasına yardım etmək məqsədilə böyük və qətiyyətli səylər göstərir. Biz bundan sonra bu regionda siyasətimiz kontekstində bu məsələyə xüsusi diqqət ayıracağıq.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan - Sputnik Azərbaycan
Ermənilər rusiyalı deputatların Xocalı yürüşündə iştirakına qəzəbləniblər

Rusiyalı deputatların Azərbaycanda, Bakıda keçirilən yürüşdə iştirakına gəldikdə isə bununla bağlı sualları onların özlərinə vermənizi istəyərdim. Rusiya Xarici İşlər Nazirliyi bu tədbirin təşkilatçısı olmayıb".

Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Dövlət Dumasının bir sıra deputatların Xocalı soyqırımın 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən yürüşə qatılmasına münasibət bildirib.

"Biz açıq aydın antierməni xarakteri daşıyan və regionda inam atmosferini sarsıtmaq üçün istifadə olunan bu yürüşdə Rusiyadan olan parlamentarilərin iştirakından hiddətlənmişik", - deyə Ermənistanın Rusiyadakı səfirliyinin Toqanyanın adından yaydığı bəyanatda bildirilir.

O, vurğulayıb ki, erməni tərəfinə rusiyalı deputatların motivləri aydın deyil.

Qeyd edək ki, fevralın 26-ı Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.

 

Xəbər lenti
0