QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarqsyanın qardaşı Qarabağ separatçılarına 20 milyon dollar bağışladı

© AFP 2024 / EMMANUEL DUNANDErmənistanın sabiq prezidenti Serj Sarqsyan
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məbləğ qondarma rejimin "müdafiə ordusuna" bağışlanıb

BAKI, 27 fevral — Sputnik. Fırıldaqçılıqda ittiham olunan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan Qarabağ separatçılarına 19,6 milyon dollar verib. Bu barədə Ermənistan Milli Təhlükəsizliyi Xidmətindən Sputnik Ermənistan-a məlumat verilib.

Ermənistanın baş naziri Serj Sarqsyan - Sputnik Azərbaycan
Sarqsyan müdafiə "ordusu" toplayır

Sarqsyan bu məbləği qondarma rejimin "müdafiə ordusuna" bağışlayıb.

Daha əvvəl yayılan məlumatda bildirilib ki, Sarqsyanın erməni banklarından birində olan hesabında 30 milyon dollar tapılıb və onlara həbs qoyulub. Sarqsyanın qardaşı bəyanat verərək həbsin götürülməsini istəmiş və söz vermişdi ki, bu məbləğin bir hissəsini dövlətə verəcək. Paşinyan isə bir qədər əvvəl bəyan edib ki, Sarqsyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib.

2018-i ilin iyulunda Aleksandr Sarqsyanın evində axtarış aparılıb, o özü də polisə gətirilib. Lakin sonradan buraxılıb. Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib və 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb.

Xəbər lenti
0