QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı soyqırımı Rusiya siyasi dairələrində qəzəb oyadıb: "Bəşəriyyətə qarşı cinayətdir"

© Sputnik / Murad OrujovXocalıya həsr olunmuş tədbir
Xocalıya həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı rəsmilər Xocalı soyqırımı haqda: "Xocalıda baş verənləri dəstəkləyəcək bir adam tapmaq mümkün deyil"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. "Mülki əhalinin qətlə yetirilməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunmuş tədbirdə Dünyada Silah Alverinin Analizi Mərkəzinin direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, qətlləri törədən şəxslər beynəlxalq axtarışa verilməlidir: "Dinc əhalini, yaşlıları və uşaqları öldürənlər beynəlxalq cinayətkarlardır. Qətllərin miqyası, şəhəri tərk edənlərin qətlə yetirilməsi - burada soyqırımın bütün əlamətləri var. Bu, heç kim tərəfindən şübhə altına alına bilməz və ya buna etiraz oluna bilməz. Bu, beynəlxalq hüququn əsasını təşkil edir".

Rusiya Federasiya Şurasının Sosial Siyasət Komitəsinin sədr müavini Lyudmila Kozlova isə bəyan edib ki, Azərbaycan ilə Ermənistan arasında bütün fikir ayrılıqları baş verənlərin düzgün qiymətləndirilməsi əsasında sülh yolu ilə həll olunmalıdır: "Dünyada Xocalıda baş verənləri dəstəkləyəcək bir adam tapmaq mümkün deyil. Burada azərbaycanlılarla yanaşı, digər millətlərdən də olan şəxslər həlak olub. Dünyanın heç bir yerində belə hadisələrin bir daha təkrarlanmaması üçün həqiqəti deməliyik".

İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq"

Qeyd edək ki, bu gün Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 27-ci ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə — azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Савельев Дмитрий Иванович - первый заместитель председателя комитета Госдумы РФ по безопасности и противодействию коррупции - Sputnik Azərbaycan
QARABAĞ
Rusiyalı deputat: "Xocalı qətliamının soyqırım kimi tanınmasına çalışmalıyıq"

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xəbər lenti
0