QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Millət vəkili Xocalı faciəsi haqqında: Faciəni tanımaq istəməyən bir dünya var

Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, cəmiyyət olaraq bu məsələdə həssaslıq göstərsək, problemin dünya gündəmində yer almasına nail ola bilərik
Fazil Mustafa: “Dünya erməniləri dəstəkləmək üçün faciəni gözardı eləməyə çalışır”

“Azərbaycan dövləti və cəmiyyəti Xocalı faciəsinin tanıdılması üçün ayrı-ayrılıqda çox böyük işlər görüb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Bütün beynəlxalq səviyyəli tədbirlərdə və platformalarda bu məsələni gündəmə gətiririk. Amma söhbət ondan gedir ki, bu faciəni tanımaq istəməyən bir dünya var. Bu həmin dünyadır ki, erməniləri dəstəkləmək üçün faciəni gözardı eləməyə çalışır. Biz çalışmalıyıq ki, bu məsələyə yanaşmada dünyanın mövqeyinin dəyişməsinə nail olaq. Buna da nail olmaq asan məsələ deyil, bu, dövlətimizin daha da qüdrətli olması ilə bağlıdır. Cəmiyyət olaraq bu məsələdə həssaslıq göstərsək, problemin dünya gündəmində yer almasına nail ola bilərik. Arzuladığımız nəticəni əldə edə bilməsək də, kifayət qədər böyük işlər görüldüyünü düşünürəm”, - deyə o bildirib.

Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilərkən etnik azərbaycanlılara qarşı törədilmiş soyqırım aktıdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0