BAKI, 26 fevral — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın Venesuelaya hərbi müdaxilə üçün hazırlıq gördüyünü açıqlayıb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, açıqlamada ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədəki hərbi gücünü möhkəmlətməyə çalışdığı bildirilib.
Açıqlamada ABŞ-ın Maduroyu devirmək üçün xüsusi təyinatlıları ilə ordunu Poerto-Riko və Kolumbiyaya göndərdiyi qeyd edilib.