Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda yenə qripdən ölənlər var

© Sputnik / Alexander KondratykВспышка гриппа и ОРВИ
Вспышка гриппа и ОРВИ - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik xəbərdarlıq edib ki, soyuqdəymə xəstəlikləri zamanı özünümüalicə ilə məşğul olmaq olmaz

BAKI, 22 fevral — Sputnik. Rusiyanın Saxalin vilayətində 3 nəfər qrip səbəbilə dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, fevralın 19-da qrip nəticəsində ağırlaşma diaqnozu ilə 3 nəfər ölüb. Onlardan biri uşaqdır.

Vilayət Səhiyyə Nazirliyinin məlumatına görə, hər 3 halda şəxslər ağırlaşma ilə xəstəxanaya daxil olub. 

Onlar stasionar şöbəyə qəbul edilib.

Nazirlik xəbərdarlıq edib ki, soyuqdəymə xəstəlikləri zamanı özünümüalicə ilə məşğul olmaq olmaz. Mütləq həkimə müraciət etmək və müalicə olunmaq lazımdır.

Xəbər lenti
0