QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni nazir Qarabağda hərbi əməliyyatların bərpa olunmamasının səbəbindən danışdı

© Sputnik / Asatur YesayantsДавид Тоноян
Давид Тоноян - Sputnik Azərbaycan
Abunə olmaq
David Tonoyan maraqlı bəyanatla çıxış edib

BAKI, 22 fevral — Sputnik. Rusiyanın Kollektiv Təhülkəsizlik çərçivəsində Qafqaz regionunda mövcudluğu regionda hərbi əməliyyatların bərpasına mane olan, regional sabitlik və təhlükəsizliyə yardım edən faktordur. Sputnik Azərbaycan erməni mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyində "Vətənin Müdafiəçisi Günü" (23 fevralda qeyd olunur - red.) münasibətilə keçirilən qəbulda çıxış edən Ermənistan müdafiə naziri David Tonoyan bildirib.

O, qeyd edib ki, Moskvaya səfəri zamanı (7-9 fevral) Rusiya müdafiə naziri Sergey Şoyqu ilə hava hücumundan birgə regional müdafiə sisteminin yaradılması və Ermənistan ilə Rusiyanın birləşmiş qoşun qruplaşmasına dair əvvəlki sazişlərin müddəalarının praktiki icrasına dair bir sıra sənədlər imzalayıb.

Tonoyan müdafiə sahəsində Ermənistanın Rusiya ilə münasibətlərin "keyfiyyətcə yeni səviyyəsini" yüksək qiymətləndirib: "İki ölkə arasında münasibətlərin əhəmiyyətli rolu humanitar sahədə də əməkdaşlıq önəmli rol oynayır. Erməni mütəxəssislər humanitar missiyalarda iştirak etmək üçün Hələbə gediblər".

Xəbər lenti
0