QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan hökumətindən Qarabağa dair yeni gözləntilər var – ATƏT sədri

© AFP 2024 / HERBERT NEUBAUERATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak - Sputnik Azərbaycan
Abunə olmaq
Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir

BAKI, 19 fevral — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Qarabağ probleminin nizamlanmasını müzakirə etmək üçün Ermənistan və Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Layçak bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü. Brüssel, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan Qarabağ danışıqlarından nə istədiyini açıqladı

"Mən mart ayının birinci yarısında Yerevan və Bakıya səfər etmək niyyətindəyəm. Ermənistan və Azərbaycan rəsmiləri məni səfərə dəvət ediblər" - deyə Layçak vurğulayıb.

Onun sözlərinə görə, Slovakiya münaqişənin nizamlanması üzrə Minsk qrupunun səylərini tam dəstəkləyir.

Layçak qeyd edib ki, seçkilərdən sonra Ermənistanda yeni vəziyyət yaranıb: "Çox güclü mandat əldə edən hökumət var və müəyyən gözləntilər də məhz bununla bağlıdır".

O, Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir.

Xəbər lenti
0