“Elektron hökumətin yaradılması mütləqdir”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə İT mütəxəssisi Vahid Qasımov deyib.
Mütəxəssis deyir ki, bizim indi tətbiq etməyə çalışdığımız yeniliklər uzun müddətdir digər ölkələrdə istifadə edilir:
“Əgər qloballaşan dünyaya inteqrasiya olunmaq istəyiriksə, bu, tez zamanda gerçəkləşdirilməlidir. Bir çox ölkələrdə sosial sığorta kartının nömrəsinə əsasən insan haqqında ətraflı məlumat əldə etmək olur. Bu cür yeniliklər hər yerdə tətbiq oluna bilər. Bunun nümunəsi bizdə ASAN xidmətdir. Orada informasiyanın vahid bazada toplandığına görə bizdən əlavə sənədlər tələb olunmur. Vahid məlumat bazası sisteminin qurulması əhalinin problemlərinin daha operativ həllinə imkan yaradacaq”.
Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz