Bu günlərdə Bakıda Boulevard Hotel Autograph Collection-da Dünya Gözəllik Konqresinin (World Beauty Congress) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı, eləcə də Dress of the World (Dünyanın donu) beynəlxalq müsabiqəsi keçirilib.
Həmin gün Bakıda dünyanın ən yaxşı stilistləri və modelyerləri toy saç düzümü, makiyajı və geyimləri üzrə dünya çempionatında öz məharətlərini göstəriblər.
Müsabiqədə Ukrayna moda dizayneri Ruslan Xvastov, Birləşmiş Ərəb Əmirliklərinin makiyaj ustası və bərbəri Katalina Popesku, İsrail moda dizayneri Yarden Meinfild Dezenqoff, Moldovalı dizayner Lidiya Seliç və moda sənayesindəki digər məşhur şəxslərin əl işləri yer alıb.
Dünya stilistikasında hansı trendlərin mövcud olduğu barədə 15 fevral 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynov və müsabiqənin qalibləri danışacaqlar.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi