Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Üzünüzü Görək! Ancaq səsini eşitdiyimiz aparıcılar radionun problemlərini açıqladı

Abunə olmaq
Səhərimiz onların səsilə açılır. Bütün tıxaclarda vazkeçilməz yol yoldaşımız olurlar. Söhbət təbii ki, radio aparıcılarından gedir. Bu gün Azərbaycanın tanınmış radio simaları Sputnik Mətbuat Mərkəzinin qonaqları olub.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masanın əsas mövzusu bu gün Azərbaycan radiosunun vəziyyəti və üzləşdiyi problemlər olub. Müzakirədə teleaparıcı Cavid Osmanov, Media FM radiostansiyasının aparıcısı Sona Rəsulova, Xəzər FM radiostansiyasının aparıcısı Anar Vəliyev, Araz FM radiostansiyasının aparıcısı Surxay Əsgərov və radioproqramların hazırlanması üzrə mütəxəssis Zaur Kazımov iştirak edib.

Bir qayda olaraq, qonaqlarımız radio sahəsində kadr çatışmazlığının ən böyük problem olduğunda razılaşıblar. Azərbaycan radiosunun qarşılaşdığı ikinci böyük problem isə marketinq sahəsində mütəxəssislərin olduqca az olması və reklam yerləşdirənlərin radio sahəsini tam olaraq başa düşməməsidir.

Eyni zamanda, hal-hazırda radio məhsullarının televiziya məhsullarından daha qiymətli və daha keyfiyyətli olduğu fikri də səsləndirilib. Televiziya yaşadığımız internet dövründə arxa plana ötə bilər, radio isə həmişə olacaq.

Qeyd edək ki, 13 fevral 1946-cı il tarixində "BMT Radiosu" ilk dəfə efirə çıxıb. Həmin gün YUNESKO-nun baş direktorunun təklifi ilə Ümumdünya Radio Günü kimi qeyd olunur.

Xəbər lenti
0