Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanda avtomobillərin qiymətləri süni olaraq qaldırılır

Abunə olmaq
Avtomobil bazarında qiymətlərin kəskin artması Azərbaycanda hər kəsi narahat edən məsələlərdən biridir. Sputnik Azərbaycan bu artımın səbəblərinə aydınlıq gətirməyə çalışıb.

Bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında qaldırılan suallar Azərbaycanın ümumi avtomobil vəziyyəti, qiymətlərin kəskin artımının səbəbi və bu sahədə baş verən dəyişikliklər olub. Sualları isə “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı cavablandırıb.

Mütəxəssis bildirib ki, idxalı məhdudlaşdıran inzibati qərarların qəbulu ölkədə təklif paketinin olduqca azalmasına gətirib çıxarır. Onun sözlərinə görə, Azərbaycanda təklif tələbi qarşılamır, bu da qiymətlərin artmasıyla nəticələnir.

Digər səbəb maliyyə bazarlarında baş verən proseslər, manatın dəyərdən düşməsi, manatla bağlı risklərin artımı, idxalın xarici valyuta ilə aparılması, xarici valyutanın gündən-günə möhkəmlənməsi ilə bağlıdır. Bunlar, əsasən, yeni avtomobillərin qiymətlərinə təsir edir, amma daha sonra zəncirvarı olaraq bütün bazarı əhatə edir.

Daha bir səbəb isə inhisarçılıqdan və bu sahədə rəqabətin olmamasından irəli gələn süni qiymət artımıdır. Mütəxəssisin fikrincə, avtomobil bazarında müəyyən markaları öz əllərində tutan sahibkarlar bu sahədə qiymət siyasətini özləri istədikləri kimi müəyyən edə bilirlər. 

Xəbər lenti
0