13 fevral 1946-cı il tarixində "BMT Radiosu" ilk dəfə efirə çıxıb. Həmin gün YUNESKO-nun baş direktorunun təklifi ilə Ümumdünya Radio Günü kimi qeyd olunur. Ümumdünya Radio Günü ilk dəfə 2012-ci ildə qeyd edilib. Onu hər il qeyd etmək barədə qərarı YUNESKO-nın baş konfransı 2011-ci ilin 13 fevralında qəbul edib.
Bu günün məqsədləri radioların əhəmiyyətini ictimaiyyətə və kütləvi informasiya vasitələrinə çatdırmaq, rəhbər vəzifələrdə olan şəxsləri radio vasitəsilə informasiya əldə etməyə imkan yaratmağa çağırmaq, yayım şirkətləri arasında rabitə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çalışmaqdır.
Bəs bu gün Azərbaycan radiosunun vəziyyəti necədir və hansı problemlərlə üzləşir? Bu məsələ fevralın 8-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək. İştirak edəcəklər:
Cavid Osmanov - məşhur teleaparıcı,
Sona Rəsulova - MEDİA FM radiostansiyasının aparıcısı,
Anar Vəliyev - XƏZƏR FM radiostansiyasının aparıcısı,
Surxay Əsgərov - ARAZ FM radiosunun aparısıcı,
Zaur Kərimov - radioproqramların hazırlanması üzrə aparıcı mütəxəssis
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi