QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin girov götürdüyü soydaşımız azadlığa buraxılıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin nümayəndəsi David Babayan onun üçüncü ölkəyə göndəriləcəyini deyib

BAKI, 5 fevral — Sputnik. Ermənilər tərəfindən girov götürülmüş və işğal altında olan Qarabağda saxlanılan Elnur Hüseynzadə azadlığa buraxılıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır

Erməni tərəfinin yaydığı məlumata görə, Hüseynzadə 2017-ci ilin fevralında "təxribata və sərhədi qanunsuz keçməyə cəhd edərkən" saxlanılıb. Həmin vaxt, guya Azərbaycan Silahlı Qüvvələri dumanlı hava şəraitindən istifadə edərək cəbhənin şərq istiqamətində Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinə qarşı kəşfiyyat-diversiyaya cəhd edib.

Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq, silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan Ordusunun əsgərinin əsir düşdüyünü bildirib.

Erməni tərəfi cidd-cəhdlə Hüseynzadəni Azərbaycan Silahlı Qüvvələrinin 157-ci motoatıcı briqadasının hərbi kəşfiyyatçısı kimi təqdim edir. Azərbaycan tərəfi isə bəyan edib ki, Azərbaycan vətəndaşı erməni tərəfinə naməlum şəraitdə əsir düşüb.

2018-ci ilin 10 fevralında Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş "məhkəmə"nin qərarı ilə Hüseynov iki il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin fevralında dəmir barmaqlıqlar arasına düşdüyündən, bu il fevralın 2-də onun cəzaçəkmə müddəti başa çatıb.

Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin nümayəndəsi David Babayan Sputnik Ermənistan-a bildirib ki, Hüseynzadə üçüncü ölkəyə göndəriləcək: "O, Azərbaycana qayıtmaqdan imtina edib. Beynəlxalq təcrübədə qəbul olunmuş qaydalara əsasən, o, üçüncü ölkəyə göndəriləcək".

Министерство иностранных дел России - Sputnik Azərbaycan
Moskva azərbaycanlı və erməni girovların dəyişdirilməsini rəsmən dəstəklədi

Azərbaycan Müdafiə Nazirliyi Hüseynzadənin girov götürülməsi ilə bağlı verdiyi bəyanatında bildirmişdi ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və əsir düşərkən hərbi xidmətdə olmayıb.

Bir müddət əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını açıqlamışdı.

Xatırladaq ki, əsir düşmüş Elnur Hüseynzadə 1995-ci ildə Bərdə rayonunda anadan olub.

Onu da diqqətə çatdıraq ki, hazırda daha 2 soydaşımız - Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğunda saxlanılır.

Xəbər lenti
0