Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan köçmək istəyənlərin əksəriyyəti gənclərdir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidRusiya görmük nəzarəti, arxiv şəkli
Rusiya görmük nəzarəti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd əhalisindən fərqli olaraq, 100 mindən çox əhalisi olan Rusiya şəhərlərinin sakinləri daha çox ölkədən getmək barədə danışır

 

BAKI, 4 fevral — Sputnik. Rusiyadan başqa ölkələrə gedərək daimi yaşamaq istəyənlərin böyük bir hissəsi (41%-i) 18-24 yaşlı gənclərdir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu nəticəyə "Levada Mərkəzi"nin sorğusu nəticəsində gəlinib.

Ölkədən getmək istəyənlər arasında 55 yaşından böyük olan insanlar azlıq (5%) təşkil ediblər. 

Ümumiyyətlə, köçməyə hazır olan rusların sayı sorğu iştirakçılarının ümumi sayının 17% -ni təşkil edib.

Eyni zamanda kənd əhalisindən fərqli olaraq, 100 mindən çox əhalisi olan Rusiya şəhərlərinin sakinləri daha çox ölkədən getmək barədə danışır.

"Son illərdə ölkəni tərk etməyi arzulayanların sayı dəyişməz olaraq qalır - ölkənin yetkin əhalisinin 1/5-i. Bundan başqa, hər 5 nəfərdən birinin qohumları və ya tanışları son 2-3 ildə daimi yaşamaq üçün xarici ölkələrə köçüb"- deyə "Levada Mərkəzi"nin məlumatında bildirilir.

Qeyd edək ki, sorğu 2018-ci ilin dekabrın 13-19-da 18 yaşından böyük vətəndaşlar arasında, ölkənin 136 yaşayış məntəqəsində, 1600 nəfər arasında keçirilib.

Xəbər lenti
0