BAKI, 31 yanvar — Sputnik. Rusiya bu yaxınlarda Yerevan və Bakı arasında siyasi kontaktları alqışlayır. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bizim Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyimiz heç bir dəyişikliyə məruz qalmayıb. Biz öz vasitəçilik funksiyamızı vicdanla və mənim fikrimcə, keyfiyyətli şəkildə yerinə yetiririk. Biz bu yaxınlarda Yerevan və Bakı arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayırıq" - deyə Mariya Zaxarova qeyd edib.
Həmçinin deyib: "Biz paytaxtların bununla bağlı konstruktiv qiymətlərini alqışlayırıq və hesab edirik ki, bu irəliləyiş üçün düzgün addımdır".