QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nikol Paşinyan İlham Əliyevin "tələ"sinə düşdü – Ermənistanda acı etiraf

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub
İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Eduard Şarmazanov: "Hazırda Azərbaycan 2019-cu ilin danışıqlarda dönüş ili olacağından danışır, Ermənistan hakimiyyəti isə ya susur, ya da danışıqların olmasını təkzib edir"

BAKI, 29 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin "tələ"sinə düşüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

© Sputnik / Aram NersesyanEduard Şarmazanov
Nikol Paşinyan İlham Əliyevin tələsinə düşdü – Ermənistanda acı etiraf - Sputnik Azərbaycan
Eduard Şarmazanov

"Paşinyan əvvəlki hökumətdən qalan siyasi kapitalı xərclədi. Vyana, Sankt-Peterburq və Cenevrədə aydın addımlar və öz müqəddəratını təyin etmək hüququna istinad edən bəyanatlar var idi" - Şarmazanov bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin deyil, İlham Əliyevin sözlərinə, Düşənbədəki razılaşmalara istinad edir: "Paşinyan Düşənbədə liftdə Əliyevin tələsinə düşdü".

Şarmazanov qeyd edib ki, baş nazir bu məsələni Ermənistanda səlahiyyətli şəxslərlə müzakirə etməlidir: "Hazırda Azərbaycan 2019-cu ilin danışıqlarda dönüş ili olacağından danışır, Ermənistan hakimiyyəti isə ya susur, ya da danışıqların olmasını təkzib edir".

"Xarici siyasətə barmaqarası baxmaq olmaz. Ermənistanda hakimiyyət dəyişikliyi olub və hakimiyyətə Levon Ter-Petrosyanın tezislərinin tərəfdarları gəlib. Biz Azərbaycana qalib gəlmişik və indi də ondan sülh istəyirik? Belə bir xahiş fəlakətlə nəticələnə bilər" - keçmiş iqtidar komandasının təmsilçisi vurğulayıb.

Qeyd edək ki, hazırda Ermənistanın Respublikaçı Partiyasının sədri ölkənin sabiq prezidenti Serj Sarqsyandır.

Bu arada, Ermənistanın Daşnaksütyun Partiyasının təmsilçisi Armen Rustamyan isə hazırkı hakimiyyəti Qarabağ məsələsində güzəştə getməməyə çağırıb.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında son görüş yanvarın 22-də Davosda baş tutub. Paşinyan bildirib ki, onlar danışıqlar prosesinin tarixini, nizamlanma üçün şərtlərin yaradılması imkanlarını, mövcud maneələri və s müzakirə ediblər: "Heç bir konkretlik olmayıb, detallar müzakirə olunmayıb".

Xəbər lenti
0