BAKI, 29 yanvar — Sputnik. "Xəzəryanı region - bu regionda baş verənlərə görə Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistandan ibarət olan "Xəzər beşliyi"nin məsuliyyət daşıdığı region olaraq qalmalıdır.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Mən burada, bütün Xəzəryanı ölkələr arasında tam formatlı əməkdaşlığın inkişafını nəzərdə tuturam" - deyə o, Həştərxan vilayətinin qubernatorunun vəzifələrini müvəqqəti olaraq icra edən Sergey Morozovla görüşündə bildirib.
Nazir xatırladıb ki, ötən il uzun illər davam edən danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb: "Lakin əsas prinsiplər 2014-cü ildə Həştərxanda keçirilən Dördüncü Xəzər Sammitində razılaşdırılıb. Ona görə də sizin regionun rolu simvolikdir".
"Rusiyadan başqa, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan bizim xarici siyasətimizin digər istiqamətlərdə də tərəfdaşlarıdır. Bizim üçün olduqca önəmlidir ki, Konvensiyada da göstərildiyi kimi, Xəzər regionu - burada baş verənlərə görə "Xəzər beşliyi"nin məsuliyyət daşıdığı region olaraq qalsın" - Lavrov vurğulayıb.