QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yerevan "xalqların sülhə hazırlanması"na reaksiya verdi: Sülhün alternativi fəlakətdir

© Sputnik / Aram NersesyanМинистр иностранных дел Армении Зограб Мнацаканян на 38-ом заседании глав МИД ОЧЭС (27 июня 2018). Еревaн
Министр иностранных дел Армении Зограб Мнацаканян на 38-ом заседании глав МИД ОЧЭС (27 июня 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Zöhrab Mnatsakanyan: "Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur"

BAKI, 28 yanvar — Sputnik. "Qarabağa dair heç bir gizli razılaşma yoxdur. Bu baxımdan ictimaiyyət panik əhval-ruhiyyəyə düşməməlidir". Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan açıqlama verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Paşinyan və Əliyev iyunda sülh müqaviləsi imzalayacaq- İDDİA

Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda göstərilən - hər iki ölkənin xalqının və cəmiyyətinin sülhə hazırlanması müddəası erməni cəmiyyətində müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.

Mnatsakanyan bildirib ki, hazırda sülh prosesinin reallaşması mexanizmi aydın deyil: "Sizin bilmədiyiniz heç bir şey yoxdur. Bizim üçün vacib olan məsələlər ətrafında dialoq gedir. Cəmiyyətdə bizim nəyisə itirməyimiz və ya güzəştə getməyimizə dair söhbətlər məni təəccübləndirir".

"Bu əhval-ruhiyyə haradan qaynaqlanır? Belə bir şey mövcud deyil və bizim mövqeyimizdə heç bir geri çəkilmə yoxdur. Bizim etdiyimiz və ictimaiyyəti məlumatlandırmadığımız heç bir şey yoxdur" - deyə Mnatsanaknayan bəyan edib.

Onun sözlərinə görə, rəsmi Yerevan münaqişənin Minsk qrupu çərçivəsində, yalnız dinc yolla həll olunması mövqeyindən dönməyib: "Erməni tərəfi üçün prioritet olaraq status-kvo və təhlükəsizlik məsələləri qalır".

Nazir vurğulayıb ki, BMT tərəfindən də səsləndirilən hər iki xalqı və cəmiyyəti sülhə hazırlamaq tezisi yeni deyil: "Bu barədə dəfələrlə danışılıb. BMT-nin həmişə prosesə yardım etmək barədə mövqeyi olub. Mən bu mövqeyi yüksək qiymətləndirirəm".

"Xalqları sülhə hazırlamaq bir neçə funksiyanı nəzərdə tutur və buna dair dəqiq bir formul yoxdur. Bizim qətiyyətimiz şübhə altına alına bilinməz. Sadəcə olaraq, sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir" - deyən Ermənistan XİN rəhbəri qeyd edib ki, gərginlik risklərinin azalması məsələsi gündəmdədir.

Xəbər lenti
0