Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Moskva əleyhinə sanksiyaların güclənməsini gözləyir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRuisya Xarici İşlər Naizrliyinin binası
Ruisya Xarici İşlər Naizrliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Ona görə biz rahat tərəfdaş deyilik

BAKI, 23 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyində hesab edirlər ki, yaxın vaxtlarda rəsmi Moskvaya qarşı sanksiyalar zəifləməyəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "Sanksiya və neft-qaz sektoru: biznes üçün siyasi risklər" mövzusunda ekspert müzakirələrində danışarkən bildirib.

"Şübhəsiz gərginlik olacaq. Ona görə biz rahat tərəfdaş deyilik. Biz onların gözlərində inadkarıq və onların reseptinə həssas olacağımıza dair heç bir ümid vermirik", - deyə Pankin qeyd edib.

Tədbir "Valday" klubunun meydançasında baş tutub.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və digər ölkələr 2014-cü ildən etibarən Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər.

Xatırladaq ki, ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılıb. Onları koma vəziyyətində xəstəxanaya gətiriblər. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olub.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər ümumiyyətlə bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməyib.

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirir.

Xəbər lenti
0