QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xanım Qarabağ qazisi: "Biz çatanda patronları bitmişdi, xəndəklərdə uzanmışdılar"

Abunə olmaq
Solmaz Əliyeva: "Hələ də o tankların, topların səsləri qulağımdan getmir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Müharibə dövrünün uşağı, gənci olmaq çox ağırdır. Bu, sonradan insan həyatında silinməyəcək izlər buraxır. Müharibə dövrünün insanı olmaq, həm də həyata bir addım gecikmək deməkdir. Həyatda hər şeyə gecikirsən. Eynən Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti Solmaz xanım kimi...

İlham Həmidov - Sputnik Azərbaycan
QARABAĞ
Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"

Solmaz Əliyeva 1968-ci ildə Tovuz rayonunun Qapanlı kəndində doğulub. Tovuz rayon Hərbi Komissarlığında komissar müavininin köməkçisi vəzifəsində çalışıb. 1992-ci ildən 1994-cü ilə qədər birinci Qarabağ müharibəsində kəşfiyyatçı-snayper olub.

O, müharibəyə könüllü olaraq gedib: "1992-ci ilin ortalarında könüllü olaraq özünümüdafiə batalyonuna getdim. Batalyon dağıldıqdan sonra Yusif Sadıqov adına Ağdam kənd zastavasında Milli Qəhrəman Məhəmmədalı bəyin yanında xidmət etmişəm. Tovuzun, Ağdamın bütün döyüş bölgələrində, Əsrikdə, Ağbulaqda döyüşmüşəm. 1993-cü ildə Müdafiə Nazirliyinə müraciət edib, Ağdama kəşfiyyatçı-snayperçi kimi təyin edilmişəm".

Solmaz xanım danışır ki, onda hərbiyə həvəsi atası yaradıb: "Mən döyüşə gedəndə qardaşım yox idi. Qardaşım mən hərbi xidmətə gedəndən sonra dünyaya gəlib. Atam o vaxtlar bizdən gizlin hərbi hissələrə gedib kömək edirmiş. Həmişə gəlib danışırdı ki, camaatın oğlu cəbhədə döyüşür, amma mənim oğlum yoxdur. Mən də oğlan xarakterli idim. Dedim, özüm cəbhəyə gedəcəyəm. Bir gün hərbi formanı geyinib, atamın iş yerinə gəldim. Dedim ki, mən cəbhəyə gedirəm, halallıq ver. Atam yerə çökdü, başladı ağlamağa. Sonra halallıq verdi".

Kəşfiyyatçı kimi bir çox döyüşlərdə iştirak edən müsahibimiz xidmətə başladığı gündən taborun etimadını qazanıb: "Bütün döyüşlərdə əsgər və zabitlərin qarşısında təşəkkür almışam. Ağdərədə, Getavanda, Koçaqurdda, Başgüneypəyədə, Mehmanlıda, Çıldıranda, Sırxavənddə, Canyataqda, Gülyataqda, Fərruxda, Xoramutda, Mərzilidə, Yisfcanlıda, Novruzluda və Çökərtmə döyüşlərində iştirak etmişəm. Heç vaxt döyüşlərdə çəkinib, qorxmamışam. Gənc idim, subay idim. Qorxu deyilən hiss yox idi. İndi də heç nədən qorxmuram".

S.Əliyeva döyüş xatirələrini də bizimlə bölüşüb: "Mehmanlıda, Çıldıranda, Fərruxda çox sayda döyüş yoldaşlarımı itirmişəm. 1992-cı ildə Sırxəvənddə, Çıldıranda əməliyyat keçirirdik, mühasirəyə düşdük. Həmin döyüşdə şəhidimiz çox oldu. Yaralananlar, hətta əsir düşənlər də oldu. Biz xeyli erməni döyüşçüsünü əsir götürdük. Döyüşə-döyüşə irəliyə gedirdik. Əksər erməni döyüşçüsünün patronu bitmişdi və əllərini başlarına qoyub xəndəklərdə uzanmışdılar. Biz də onları əsir götürürdük. Mənim üçün bunları danışmaq çox çətindir. Hələ də o tankların, topların səsləri qulağımdan getmir".

Döyüşlərin birində kələ-beyin travması alan Solmaz xanım, 1994-cü ildə atəşkəs elan edildikdən sonra ordudan tərxis edilib. Ancaq hələ də əlillik dərəcəsi ala bilməyib.

O, ailə həyatını da gec qurub: "Müharibədən yeni qayıtmışdım. Başım odlu-alovlu idi. Ailə qurmaq barədə, demək olar ki, heç düşünmürdüm. Döyüş yoldaşlarımı itirmişdim, stress içində idim. Odun-alovun içindən gəlmiş adamı ailə maraqlandırmır. Bəlkə elə buna görə də, çox gec - 33 yaşında ailə həyatı qurdum. Ailə qurmağım da atamın təkidi ilə oldu. İki oğlum, bir qızım dünyaya gəldi. Ancaq ailə həyatımda bəxtim gətirmədi. Bir müddət sonra həyat yoldaşımdan ayrıldım".

Həmsöhbətimiz hazırda 3 övladı ilə birlikdə Xırdalandakı balaca daxmasında yaşayır. Bir neçə ay olar ki, dostlarının və xeyirxah insanların köməyi ilə özünə ev tikməyə çalışır. Həyatda tək olduğu üçün ona maddi və mənəvi yardım edəcək heç kimi yoxdur. Buna görə də xeyirxah insanlardan ona kömək etməyi xahiş edir.

© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyeva
Qarabağ qazisi Solmaz Əliyeva - Sputnik Azərbaycan
1/18
Qarabağ qazisi Solmaz Əliyeva

2/18
Qarabağ qazisi Solmaz Əliyeva
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti
Qarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti - Sputnik Azərbaycan
3/18
Qarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti

4/18

5/18

6/18
Qarabağ qazisi Solmaz Əliyeva
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın sənədləri
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri - Sputnik Azərbaycan
7/18
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri

8/18

9/18
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyeva
Qarabağ qazisi Solmaz Əliyeva - Sputnik Azərbaycan
10/18
Qarabağ qazisi Solmaz Əliyeva
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın sənədləri
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri - Sputnik Azərbaycan
11/18
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın sənədləri
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri - Sputnik Azərbaycan
12/18

13/18

14/18
Qarabağ qazisi Solmaz Əliyevanın sənədləri
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti
Qarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti - Sputnik Azərbaycan
15/18
Qarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti
© Sputnik / Irade JELILQarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti
Qarabağ qazisi Solmaz Əliyevanın ev şəraiti - Sputnik Azərbaycan
16/18

17/18

18/18

Xəbər lenti
0