Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Polkovnik ABŞ-ın Suriyadan çıxmasını Rusiyaya qarşı hiyləgər addım adlandırdı

© AP Photo / Hussein MallaAmerikalı əsgərlər Suriyanın şimalında
Amerikalı əsgərlər Suriyanın şimalında - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar "regionda olan bu tərəfdaşları birləşməyə məcbur edən faktoru aradan qaldırıb".

BAKI, 4 yanvar — Sputnik. "Suriyanın şimalında yerləşən Birləşmiş Ştatlar qüvvələrinin çıxarılması Rusiyanın regionda durumunu çətinləşdirəcək hiyləgər addımdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Fox News" telekanalının efirində, istefada olan ABŞ ordusunun polkovniki Duqlas Makqreqor bildirib.

Onun sözlərinə görə, amerikalılar 10 minlərlə türk əsgərinin kürd terrorçulara hücum etməyə hazırlaşdığı regionda geri çəkilir: "Biz Suriya qoşunlarını bu əraziyə gəlməyə məcbur etdik, özümüz isə gedirik. Biz Putin üçün ciddi problem yaratdıq. Putin türklərlə, iranlı və suriyalı tərəfdaşlarla münasibətlər qurub. İndi isə o, seçim etməli olacaq".

Makqreqorun fikrincə, əgər Rusiya Suriyanın şimalına türkləri buraxsa, onda o, Dəməşq və Tehranla əməkdaşlığı itirəcək.

Polkovnik hesab edir ki, Birləşmiş Ştatlar "regionda olan bu tərəfdaşları birləşməyə məcbur edən faktoru aradan qaldırıb".

Xəbər lenti
0