BAKI, 3 yanvar — Sputnik. Rusiyanın Naberejnıye Çelnı şəhərində "Avtostekla" şirkətinin işçilərinin yeni il bayramı yaxşı qurtarmayıb. Şirkətin yeni il şənliyində dava düşüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, "Qrilburq" adlı kafedə keçirilən şənlikdə kütləvi dava baş verib. Bunu kafenin müdiriyyəti də təsdiq edib. Hadisənin baş vermə səbəbi məlum deyil. Maraqlıdır ki, davada qadınlar da kişilərlə yanaşı iştirak ediblər.
Kütləvi dava zamanı kafenin qab-qacağı və mebellerinə maddi ziyan dəyib. Şirkət işçiləri kafeyə dəyən maddi ziyanı ödəyiblər.