BAKI, 2 yanvar — Sputnik. Rusiya milyarderləri 2018-ci ildə 6 milyard dollar itiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bu hesablama "RİA Novosti" tərəfindən "Blomberg"in reytinq məlumatları əsasında aparılıb.
Məlumata görə, dünyanın 500 nəfərlik zənginləri siyahısında 25 nəfər rusiyalı var. Və onlardan 10-u öz var-dövlətini böyüdə bilib.
Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan "Nornikelya"-nın sahibi Vladimir Potaninin 19,6 milyard dolları var. Onun var-dövləti il ərzində 687 milyon artıb.
Potanindən sonra ikinci yerdə "Novateka"-nın sahibi Leonid Mixelson gəlir. O, 2018-ci ildə 2,77 milyard dollar qazanıb.
Siyahıda "Seevrstal"-ın sahibi Aleksey Mordaşov (17,4 milyarddan 2,33 milyard itirib), "Lukoil"-in prezidenti Vahid Ələkbərov (16 milyard dollar üzərinə 3,45 milyard dollar qazanıb) və digərlərinin adları da var.