BAKI, 31 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmirti Peskov müsahibəsində deyib.
"Ələ telefon götürməklə istifadəçi hər şeyi sərgilməyə razı olduğunu qəbul etmiş olur. Bu hal Rusiya kimi bir ölkənin prezidentində olmamalıdır. Putin kimi prezidentdə olmamalıdır", - deyə Peskov qeyd edib.
O eyni zamanda, ölkə başçısı üçün informasiya materiallarının necə hazırlandığından da söz açıb. Onun sözlərinə görə, hələ də çap olunmuş materialların qovluğundan, kağız daycestlərdən, elektron daşıyıcılar üzərindən televiziya daycestlərindən istifadə edilir: "Ancaq prezident özü də kompüterlə internetə, ənənəvi televizora baxa bilər".