QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qarabağ münaqişəsini həll etmək lazımdır" – Çavuşoğlu Paşinyana cavab verdi

© AFP 2024 / ADEM ALTANГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Ermənistan izolyasiyada yaşamaq istəmirsə, onda mövcud problemləri həll etmək lazımdır

BAKI, 26 dekabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Ankara ilə əlaqələri normallaşdırmağa dair bəyanatını şərh edib. Bu barədə Sputnik Ermənistan "Ermənihaber"-ə istinadən xəbər verir.

Дом Правительства РФ (на первом плане) и жилой дом на Кудринской площади в Москве. - Sputnik Azərbaycan
Çavuşoğlu ABŞ-ın qərarına görə təcili Moskvaya gəlir

Qeyd edək ki, daha əvvəl Paşinyan parlament seçkilərindən sonra rəsmi Yerevanın qeyri-şərtsiz Ankara ilə əlaqələri normallaşdırmağa hazır olduğunu bildirib.

Lakin Çavuşoğlu deyib ki, bununla bağlı Türkiyə rəhbərliyinin öz şərti var: "Məgər biz Azərbaycan üçün həssas olan məsələləri nəzərə almadan nəsə addım ata bilərik? Əlaqələri eyni vaxtda həm Türkiyə, həm də Azərbaycanla problemləri həll etməklə normallaşdırmaq lazımdır. Qarabağ məsələsini, işğal olunmuş torpaqlar məsələsini həll etmək lazımdır", - deyə Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, əgər Ermənistan izolyasiyada yaşamaq istəmirsə, onda mövcud problemləri həll etmək lazımdır.

Xatırladaq ki, Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstək olaraq 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb.

Xəbər lenti
0