Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiya vətəndaşları üçün viza qiymətini bahalaşdırdı

© REUTERS / Jonathan ErnstABŞ vizası, arxiv şəkli
ABŞ vizası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəl vizanın qiyməti 160 dollar idi, hazırda bu qiymət 303 olacaq.

BAKI, 21 dekabr — Sputnik. Ruslar üçün 3 illik ABŞ vizasının dəyəri 303 dollara qədər bahalaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vizanın qiyməti 2019-cu ilin yanvar ayından bahalacaq.

Qeyd edək ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyindən məlumat verilib.

Əvvəl vizanın qiyməti 160 dollar idi, indi bu qiymət 303 dollar olacaq.

"2019-cu il 1 yanvar tarixindən etibarən, Rusiya Federasiyasının vətəndaşları B1 / B2 vizası üçün biznes və ya istirahət səyahətinə dair ərizə təsdiq edildikdə bəzi hallarda viza emissiya haqqını ödəməlidirlər"- ABŞ səfirliyinin məlumatında qeyd edilib.

Əgər müraciət edən şəxs viza üçün razılıq alarsa, o əlavə məbləğ ödəmədən bir illik viza və ya 143 dollar əlavə məbləğ ödəyərək 3 illik viza ala bilər.

Vizanın qiymətinin dəyişməsi qarşılıqlı olacaq. Rusiya da ABŞ vətəndaşlarına bu qaydanı tətbiq edəcək.

Xəbər lenti
0