BAKI, 20 dekabr — Sputnik. Türkiyə Rusiya da daxil olmaqla, 25 xarici ölkədə olan səfirlərini dəyişib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyənin Rusiyadakı yeni səfiri Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin rəhbəri Mehmet Samsar təyin olunub. O, bu vəzifədə Hüseyn Diriözü əvəz edəcək.
Qeyd edək ki, Türkiyənin öz səfirlərini dəyişdiyi ölkələr sırasında Anqola, Braziliya, Rumıniya, Özbəkistan, İspaniya və Ukrayna da var.