Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Atatürkdən danışdı: "O, Rusiyanın böyük dostu olub"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında
Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
Atatürk müasir Türkiyə dövlətinin əsasını qoyub

BAKI, 20 dekabr — Sputnik. "Atatürk bizim ölkələr arasında əməkdaşlığın əsasını qoyub, Türkiyənin dövlətçiliyinin qorunması üçün çox şey görüb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransında "Atatürkə necə münasibət bəsləyirsiniz?" sualını cavablandırarkən bildirib.

"Atatürk türk tarixinin önəmli dövlət xadimidir. O, Rusiyanın böyük dostu idi. Atatürk müasir Türkiyə dövlətinin əsasını qoyub", - deyə Putin bildirib.

Anıtkabir - Sputnik Azərbaycan
Türkiyə, Atatürk, Qələbə - Zəfər bayramı

Rusiya prezidenti, həmçinin əlavə edib ki, hazırda Moskva və Ankara arasında münasibətlər gözəl şəkildə inkişaf edir, əlaqələr möhkəmlənir: "Düzdür, bəzi məsələlərdə maraqlarımız üst-üstə düşmür, lakin biz kompromis həll yolları tapırıq. NATO üzvü olan Türkiyə müstəqil xarici siyasət yürüdür. Rusiya isə Türkiyənin milli maraqlarına hörmətlə yanaşır".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda mətbuat konfransı keçirir. Mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist qeydiyyatdan keçib. Mətbuat konfransı iqtisadi, sosial, regional, beynəlxalq siyasət və digər məsələlərə həsr olunub.

Konfrans "Rossiya-1", "Rossiya-24", "Pervıy kanal" televiziya kanalları, "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyaları vasitəsilə canlı yayımlanır.

Xəbər lenti
0